?Borçalı? Cəmiyyətinin idarə Heyəti Gürcüstanda baz verən son siyasi prosesləri müzakirə edib

img

16-05-2009 [03:13]


?Borçalı? Cəmiyyəti İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda aşağıdakı məsələlər müzakirə olunub: Son zamanlar dövri mətbuatda Borçalıdakı durum, Gürcüstanda yaşayan soydaşlarımızın vəziyyəti ilə bağlı bir sıra şəxslərin Gürcüstan-Azərbaycan münasibətlərinə zərər verə biləcək açıqlamaları ?Borçalı? Cəmiyyətində narahatlıqla qarşılanıb. Cəmiyyətin İdarə Heyəti bu kimi açıqlamaları təqdir etməməklə yanaşı həmin şəxslərə tövsiyə olunub ki, Borçalı ilə bağlı fikir səsləndirərkən, aqressiv, iki xalq arasında dialoqa mane olacaq açıqlamalardan uzaq olsunlar. Borçalı? Cəmiyyətinin İdarə Heyəti bir daha bəyan edib ki, problemlərin həll olunmasında dialoq və tolerantlığın əsas götürülməsi, Gürcüstan-Azərbaycan arasındakı tarixi dostluğun daha da dərinləşməsi, möhkəmlənməsi Cəmiyyətin əsas prioritetidir. ?Borçalı? Cəmiyyəti bu yöndə bütün Borçalısevərləri, Azərbaycan və gürcü ziyalılarını həmrəy olmağa səsləyib. İdarə Heyəti daha sonra Gürcüstanda baş verən son siyasi prosesləri müzakirə edib. İdarə Heyəti Gürcüstandakı siyasi gərginliyin dialoq müstəvisində həll olunmasını ən optimal çıxış yolu kimi dəyərləndirib və tərəfləri bu demokratik həll variantından istifadə etməyə çağırıb. Eyni zamanda İdarə Heyəti Gürcüstanda baş verən proseslərin Azərbaycan dövri mətbuatında daha obyektiv, qərəzsiz işıqlandırılmasının tərəfdarıdır. Bunun üçün ?Borçalı? Cəmiyyəti Gürcüstanda baş verən hadisələrə bağlı media mənsublarına və maraqlı dairələr operativ, dolğun və dürüst məlumat vermək məsuliyyətini öz üzərinə götürür və mediaya, eləcə də maraqlı dairələrə bu kimi bilgilərdə ?Borçalı? Cəmiyyətinə istinad etməyi tövsiyə edir. İdarə Heyəti daha sonra mayın 24-də ?Dədə Camal? məclisinin keçirilməsi barədə də qərar qəbul edib. Tədbirin keçirilməsində məqsəd Borçalı saz-söz mədəniyyətini, folklorunu canlandırmaq, yaradıcı gəncliklə yaradıcı yaşlı nəsil arasında əlaqələri daha da möhkəmləndirmək, yaradıcı gəncləri stimullaşdırmaq, himayə etmək, onları cəmiyyətə təqdim etmək, yaradıcılıq potensiallarının üzə çıxarılmasına yardımçı olmaqdır. ?Borçalı? Cəmiyyəti bütün yaradıcı, folklorsevər insanları da həmin tədbirdə iştirak etməyə dəvət edib. Daha sonra İdarə Heyəti qərara alıb ki, hər ilin iyul ayının sonuncu həfətəsinin şənbə və bazar günləri Borçalı yaylaqlarında ?Borçalı-elat mədəniyyəti günləri? keçirilsin. İdarə Heyəti hesab edir ki, bu tədbir elat mədəniyyətinin daha da dirçəlməsinə və iki xalq arasında dostluq əlaqələrinin daha da inkişaf etməsinə təkan verəcək. ?Borçalı? Cəmiyyəti həmin günlərin təqvimə daxil edilməsi ilə bağlı da müəyyən işlər görməyi və bu məqsədlə Azərbaycan və Gürcüstan hökumətlərinə müraciət olunmasını da qərara alıb. İdarə Heyəti həmçinin, bu tədbirlərin keçirilməsi ilə bağlı folklorşünas Elxan Məmmədlinin rəhbərliyi ilə, şairə Səadət Buta, professor Ədilxan Abdullayev və nüfuzlu ziyalı və alimlərin də daxil olduğu İşçi Qrup yaradıb. Müzakirələrdən sonra İdarə Heyəti ?Borçalı? Cəmiyyətinin Loqosunu təsdiq edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA