Nəriman Nərimanovun zəhərin mərkəzindəki böyük heykəlinin götürülməsinə hazırlıq gedir

img

16-05-2009 [02:27]


Son dövrlər Bakıda abidələrin yerinin dəyişdirilməsi, bəzi heykəllərin götürülməsi intesivləşib. Qeyd edək ki, götürülən heykəllərin çoxu bolşeviklərin tanınmış simalarına məxsusdur. Son günlər isə Məşədi Əzizbəyov, Caparidzenin heykəlləri götürülüb. Bu günlərdə isə Nəriman Nərimanovun adını daşıdığı parkdan da onun büstü götürülüb. Səbəb kimi isə parkın yenidən qurulması və təmiri göstərilib. Xatırladaq ki, bir müddət öncə Nəsiminin də heykəli götürülmüşdü, əvvəlcə təmir işlərinin aparılacağı bildirilsə də, sonradan həmin ərazidə qaraj tikildi. Sahil metrostansiyasının yaxınlığındakı 26 Bakı Komisarlarının abidəsinin yerində isə fəvvarə tikildi, Əzizbəyovun, Çaparidzenin və Nəriman Nərimanovun abidələrəinin yerində isə gül əkilib. Deyəsən, bolşevik liderlərinin heykəllərinin götürülməsi prosesi tam yekunlaşmayıb. Belə ki, Nəriman Nərimanovun şəhərin mərkəzindəki böyük heykəlini də götürmək istəyirlər. Müstəqil İnformasiya Agentliyinin əməkdaşının verdiyi məlumata görə, bu gün səhər saatlarında heykəlin ətrafına dövlət qurumunun əməkdaşları gəlib baxış keçiriblər. Bundan əlavə, ərazidə ölçü işləri də aparılıb. Onlar sakinlərə hansı dövlət qurumunun nümayəndələri olmasını bildirməsələr də, ərazidə təmir işlərinin aparılacağını deyiblər. Qeyd edək ki, heykəlin arxasında tikintisi yarımçıq qalmış binanın sökülür. Belə ki, söküntü işləri tamamiylə başa çatdıqdan sonra Nəriman Nərimanovun da heykəlinin götürüləcəyi bildirilir. Ancaq həmin ərazidən hansı formada istifadə olunacağı isə məlum deyil. Şənbə günü olduğundan məsələylə bağlı rəsmi qurumların mövqeyini öyrənə bilmədik.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA