Leyla Yunus həmkarlarının dediklərini təkzib edir

img

15-05-2009 [06:23]


Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunusun siyasi məhbuslarla bağlı hazırladığı siyahının digər hüquq müdafiəçilərinin etirazına səbəb olması barədə bir müddət əvvəl məlumat vermişdik. L.Yunus isə Müstəqil İnformasiya Agentliyinə açıqlamasında siyasi məhbuslarla bağlı hazırladıqları siyahının AŞPA-nın siyasi məhbuslar üzrə Azərbaycana yeni təyin olunmuş məruzəçisi Kristofer Ştrasser tərəfindən qəbul olunduğunu bildirib. Hüquq müdafiəçisi deyib ki, Berlində cənab K.Ştrasserlə onun ofisində görüşüb və sözügedən siyahını ona təqdim edib. Digər hüquq müdafiəçilərinin L.Yunusun hazırladığı siyasi məhbus siyahısına terrorçuların da adının salınması ilə bağlı deyilənlərlə razılaşmayan hüquq müdafiəçisi, Hüquq Müdafiə Təşkilatları Federasiyasının dağılması xəbərini də təkzib etdi: ?Federasiya 9 ildir fəaliyyət göstərir və tərkibinə 5 hüquq müdafiə təşkilatı daxildir. Bununla bağlı verilən məlumatlar yanlışdır və federasiya fəaliyyətini davam etdirir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA