Anar Məmmədli Əldiyyə Nazirliyini məhkəməyə verib

img

15-05-2009 [05:40]


29 aprel 2008-ci ildə Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsi Seckilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin qeydiyyat üçün təqdim etdiyi sənədləri geri qaytarıb. Nazirliyin məktubunda SMDT-nin təqdim etdiyi sənədlər arasında qurumun yaradılması və nizamnaməsinin təsdiq edilməsi haqqında qərarın təqdim olunmadığı və qurumun nizamnaməsində ?Qeyri-hokumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında? qanunun adının dğzgğn qeyd olunmaması gostərilib. SMDT-nin təsiscilərindən A.Məmmədli mia.az-a bildirib ki, sənədlər geri qaytarılan zaman sənədlərin geri qaytarılmasına texniki səbəblər gostərilib və bu zaman qanunvericiliyin muddəaları nəzərə alınmayıb. ?Ədliyyə Nazirliyi tərəfindən sənədlərin geri qaytarılması üçün əsas gostərilən hallar yalnız bəhanələrdən ibarətdir. Çünki, ?Qeyri-hokumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında? qanunun adı SMDT Nizamnaməsində 3 cəm şəkilcisindən biri gostərilmədən yazılıb. Bu isə nə qanunzuluq, nə də dilzilik qaydaları baxımından tutarlı arqument deyil. SMDT-nin təsis olunması barədə qərar isə SMDT-nin Təsis protokolunda qeyd olunub?. SMDT Ədliyyə Nazirliyinin hərəkətini hüquqa zidd davranış kimi qiymətləndirərək, Ədliyyə Nazirliyinə qarşı Yasamal rayon məhkəməsində iddia qaldırıb. İddia ərizəsində SMDT təsisciləri və nümayəndəsi Ədliyyə Nazirliyinin müvafiq qərarını Azərbaycan Respublikasının Konstitusiyasının 58-ci maddəsinin (birləşmək hüququ) və İnsan hüquqlarının və əsas azadlıqların mudafiəsi haqqında Konvensiyanın 11-ci maddəsinin (yığıncaqlar və birləşmək azadlığı) pozuntusu kimi qiymətləndiriblər. SMDT təsisciləri həmçinin Ədliyyə Nazirliyinin irəli sürdüyü pozuntu halların izahı və aradan qaldırılmasına dair sözugedən nazirliyə muraciət etməyi nəzərdə tutublar. Xatırladaq ki, SMDT-ni 14 may 2008-ci ildə dovlət qeydiyyatı Xətai rayon Məhkəməsinin qərarı ilə ləğv edilmiş Sezki Monitorinq Mərkəzinin (SMM) təsisciləri və uzvləri 1 dekabr 2008-ci ildə təsis ediblər. 26 yanvar 2009-cu ildə Seckilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin təsisciləri birliyin dovlət qeydiyyatına alınması üçün Ədliyyə Nazirliyinə muraciət ediblər. SMDT-nin əsas məqsədi Azərbaycanda azad və ədalətli seçkilərin kecirilməsi, vətəndaşların dovlət idarəetməsində və demokratiyanın inkişafı prosesində fəal iştirakına yardım etməkdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA