Deputatlarımız ikinci ixtisas seçərkən daha çox hüquqzünas olmağa meyl edirlər

img

15-05-2009 [03:47]


Milli Məclis üzvlərinin bioqrafiyası ilə tanış olarkən onlardan bəzilərnin ikinci ali təhsil alarkən yalnız hüquqşünas ixtisasını seçmələri diqqət çəkir. Müstəqil İnformasiya Agentliyinin araşdırmasına görə, bəzi millət vəkilləri ikinci ali təhsili parlamentə seçiləndən sonra, deputat mandatının onlara verdiyi imkanlardan istifadə edərək alıblar. Bir qrup deputat isə hüquqşünas ixtisasına parlament üzvü olmazdan öncə yiyələnib. Məsələn, parlamentin vitse-spikeri Bahar Muradova əvvəlcə Bakı Yüngül Sənaye Texnikumunu, sonra Azərbaycan Dövlət Universitetinin filologiya və nəhayət BDU-nun hüquq fakültəsini bitirib. Əvvəllər biznesin idarə olunması ixtisasına malik olan deputat Aydın Abbasov da sonradan BDU-nun hüquq fakültəsində oxumaqla ikinci ali təhsl alıb. Gültəkin Hacıbəyli hər iki ali təhsili Bakı Dövlət Universitetində alıb. O, əvvəlcə şərqşünaslıq, sonra isə hüquq fakültələrində oxuyub. Əhəd Abıyev isə həmkarlarından fərqli olaraq ikinci ali təhsili BDU-da deyil ?Təfəkkür? Universitetində alıb. Vaxtilə keçmiş Xalq Təsərrüfatı İnstitutunu bitirmiş Ə.Abıyev ?Təfəkkür?də hüquqşünas ixtisasına yiyələnib. BDU-nun şərşqşünaslıq fakültəsini bitirmiş İqbal Ağazadə hüquqşünas ixtisasını ölkədən kənarda, Kiyev Dövlət Universitetində alıb. Müxtəlif ali məktəbləri bitirən deputatlar -Dünyamin Xəlilov, Rövşən Rzayev, Nizami İskəndərov da hüquqşünas ixtisasına Bakı Dövlət Universitetində yiyələniblər. Tibb Universitetinin məzunları Ülvi Quliyev və Qənirə Paşayevanın da hüquqşünas ixtisasına yiyələndikləri ali təhsil ocağı Bakı Dövlət Universitetidir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA