Köçkünlər üçün yeni zəhərciklərin tikintisi davam etdiriləcək

img

15-05-2009 [02:50]


?Məcburi köçkünlərin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində müəyyən işlər görülür və yeni mənzillərin tikilib istifadəyə veriləcəyi gözlənilir?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə Qaçqınların və Məcburi köçkünlərin işi üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Sənan Hüseynov deyib. Onun sözlərinə görə, bu sahədə xüsusi dövlət proqramının həyata keçirilməsi davam edir: ?Məcburi köçkünlər üçün 2001-ci ildən qəsəbələr salınmağa başlayıb. Heydər Əliyevin məlum sərəncamı ilə Dövlət Neft Fondundan ayrılan ilk vəsaitlər məcburi köçkünlərin mənzil və məişət şəraitinin yaxşılaşdırılmasına yönəldilib. Həmin dövrdə iki sərancam imzalanıb və həmin sərəncamlara uyğun olaraq 3871 ailə evlə təmin olunub. Respublikada mövcud olan 12 çadır şəhərciyindən 5-i 2001-ci ildə, dördü 2006-cı ildə, sonuncularsa 2007-ci ildə ləğv edilib. Bu məsələylə bağlı xüsusi dövlət proqramı var. Həmin proqrama əsasən istismar müddəti başa çatmış köçkün qəsəbələrinin ləğvi nəzərdə tutulub. Bu qəsəbələrdə 6227 ailə məskunlaşıb. Bundan başqa, məktəblərdə 11 minə yaxın, fəaliyyətdə olan hərbi hissələrdə 6 minə yaxın məcburi köçkün ailələri məskunlaşıb ki, sözügedən proqram çərçivəsində onların da mənzillə təmin edilməsi nəzərdə tutulur. Bu ardıcıllıqla, 2007-ci il oktyabrın 31-də dövlət proqramına əlavə olaraq, 44 maddədən ibarət qərar qəbul olunub. Buna uyğun olaraq, məcburi köçkünlərin sosial problemlərinin həlli istiqamətində işlər aparılır?. S.Hüseynov həmçinin, artıq 2008-ci ilin oktyabrında Beyləqan və Goranboy rayonunda - hər birində 500 ailənin məskunlaşa biləcəyi qəsəbələrin, may ayının 14-ü isə Fatmayi qəsəbəsində 31 ailə üçün nəzərdə tutulmuş 2-3-4 otaqlı mənzillərin məcburi köçkünlərin istifadəsinə verildiyini bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA