ATƏT-in Minsk qrupunun fransalı həmsədri Bakıdadır

img

15-05-2009 [12:48]


ATƏT-in Minsk qrupunun fransalı həmsədri Bernar Fasye Azərbaycandadır. Hava limanında jurnalsitlərə açıqlama verən ernar Fasye Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqlar prosesində ciddi iş getdiyini bildirib. Həmsədrin ölkə rəsmiləri ilə məsləhətləşmələr aparacağı gözlənilir. Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycan və Ermənistan prezidentlərinin gələn ay Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək görüşünə hazırlıq məqsədi ilə ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona tək-tək səfərləri başlayıb. Bernar Fasyedən sonra isə ATƏT-in Minsk qrupunun Amerika Birləşmiş Ştatlarından olan həmsədri Metyu Brayza da regiona səfər edəcək. Onu da nəzərə çatdıraq ki, B.Fasye bundan əvvəl Ermənistanda olub. Həmsədrin Gürcüstan və Türkiyəyə də gedəcəyi gözlənilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA