Səbaildəki qəzalı binanın sökülməsinə bazlanıb

img

15-05-2009 [12:45]


Xəbər verildiyi kimi, dünən saat 19-00 radələrində Səbail rayonu, Üz.Hajıbəyov küçəsi 6 ünvanda yerləşən qəzalı vəziyyətdə olan, əhalisi bir neçə il əvvəl köçürülmüş, yaşı 100-ildən çox olan, 4 mərtəbəli binanın həyət tərəfdəki divarının bir hissəsi uçub. Səbail rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri İsrafil Kərimovun mia.az-a verdiyi məlumata görə, ərazi dərhal polis tərəfindən əhatəyə alınıb, yaxınlıqdakı binaların sakinləri xəbərdar edilərək mənzillərindən çıxarılıb, küçədəki avtomobillər evakuatorlar vasitəsi ilə ərazidən kənarlaşdırılıb: ?Hadisə yerinə dəvət olunmuş FHN-nin nümayəndələri lazımi müayinə işləri apararaq binanın sökülməsi üçün müvafiq hazırlıq işləri aparıblar. Hadisə zamanı xəsarət alan yoxdur. Hazırda küçənin binanın yaxınlığındakı hissəsi bağlanıb, mayın 15-i binanın sökülməsinə başlanıb?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA