Qadın deputatlar Ailə Məcəlləsinə dəyiziklik tələb edir

img

14-05-2009 [06:54]


[b]Gültəkin Hacıbəyli: ?Bizə ünvanlanan müraciətlərdə daha çox dağilan nigahlardan, qirilan ailələrdən bəhs olunur?[/b] Bu gün Prezident Yanında Dövlət İdarəçilik Akademiyasında ?Lider Qadınlar? və ?Demokratik İnkişaf İnstitutu? ictimai birliklərinin təşkilatçılığı ilə ?Ailə və nigah münasibətlərində qadın hüquqları? mövzusunda Dəyirmi masa keçirilib. Tədbirdə ?Lider Qadınlar? İctimai Birliyinin sədri, millət vəkili Məlahət İbrahimqızı, ?Demokratik İnkişaf İnstitutu? İctimai Birliyinin sədri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Gültəkin Hacıbəyli, Prezident Yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Seyfəddin Qəndilov, CABİR ? Məzunlar Şurasının direktoru Rəşad Məcidov, Milli Məclisin Sosial qanunvericilik şöbəsinin müdiri Adilə Abbasova, millət vəkilləri Gövhər Baxşəliyeva, Fazil Mustafa, Elmira Axundova, Jalə Əliyeva, Lalə Abbasova, Türkiyənin ölkəmizdəki səfirliyinin dini işlər üzrə müşaviri Müzəffər Şahin, tanınmış hüquqşünas Aslan İsmayılov, eləcə də Ədliyyə Nazirliyinin, Ombudsman Aparatının, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və digər hökumət və qeyri-hökumət təşkilatlarının təmsilçiləri iştirak ediblər. Seyfəddin Qəndilov bildirib ki, Azərbaycan cəmiyyətində insan hüquq və azadlıqlarının, xüsusilə də qadın hüquq və azadlıqlarının qorunmasında, təmin edilməsində önəmli addımlar atılıb: ?Qadın hüquq və azadlıqlarının qorunması, təmin edilməsi Azərbaycan dövlətinin prioritet istiqamətlərindən biridir?. 15 mayın dünyada Beynəlxalq Ailə günü kimi qeyd olunduğunu diqqətə çatdıran millət vəkili Məlahət İbrahimqızı bəyan edib ki, Azərbaycanda ailə məsələlərinə çox böyük önəm verilir: ?Bu gün ailə məsələləri, ailə problemləri həm dövlətin, həm də cəmiyyətin önəm verdiyi ən əsas məsələlərdən, prioritet istiqamətlərdən biridir. Azərbaycanda ailə hüququnun tənzimlənməsi, xüsusilə də qadın hüquq və azadlıqlarının təmin edilməsi ilə bağlı ölkəmizdə çox mühüm işlər həyata keçirilir. Məhz elə bunun nəticəsidir ki, 1999-cu ildə Milli Məclisdə Ailə Məcəlləsi qəbul olundu. Ancaq bu Məcəllədə xeyli boşluqlar da mövcuddur. Sənədin indiki reallıqlara uyğunlaşdırılması üçün belə müzakirələri məqsədəuyğun saydıq?. Deputat Gültəkin Hacıbəyli isə bildirib ki, ailə məsələləri, ailə-nigah münasibətləri Azərbaycan cəmiyyəti üçün çox aktual bir məsələdir və son illər millət vəkillərinə, xüsusilə qadın deputatlara ünvanlanan müraciətlərin daha çox bununla bağlıdır. G.Hacıbəyli qeyd edib ki, artıq bu məsələ ölkə parlamentarilərində bir narahatçılıq yaradıb: ?Bizə ünvanlanan, xüsusilə, kənd yerlərindən, bölgələrdən daxil olan müraciətlərdə daha çox dağılan nigahlardan, qırılan ailələrdən, ailə münasibətlərindən bəhs olunur. Qadınlar ailə münaqişələri zəminində qarşılaşdıqları problemlərin, pozulan ailə münasibətlərinin düzəldilməsində, qarşısının alınmasında, bu problemlərin həllində çətinlik çəkdiklərini bildirirlər. Ona görə də düşünürük ki, bu istiqamətdə ciddi addımların atılmasına ehtiyac var və bir an gecikmədən, gözləmədən belə bu yöndə də lazım olan addımlar atılmalıdır. Eyni zamanda, hesab edirik ki, bu istiqamətdə atılmalı olan ən vacib, ən əsas addım mövcud Ailə Məcəlləsinin bəzi müddəalarının dəyişdirilməsi, yeniləşdirilməsi dövrümüzün reallıqlarına, tələblərinə uyğunlaşdırılması ola bilər və olmalıdır?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA