Səhiyyə nazirindən baz həkimlərə sonuncu xəbərdarlıq

img

14-05-2009 [04:57]


Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutu və 5 saylı Şəhər Kliniki Xəstəxanasının işi ilə bağlı daxil olan şikayətləri araşdırarkən çox ciddi nöqsanlar aşkarlanıb. Həmin tibb müəssisələrinin işindən narazı qalan səhiyyə naziri Oqtay Şirəliyev baş həkimlərə xəbərdarlıq da edib. Səhiyyə Nazirliyindən Müstəqil İnformasiya Agentliyinə bildirilib ki, adları çəkilən səhiyyə ocaqlarının baş həkimlərinə mövcud problemlərin aradan qaldırılması üçün bir ay vaxt verilib. Sonuncu xəbərdarlıqla şiddətli alan Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru Adil Baxşəliyev, baş həkimi Əhməd Babayev və 5 saylı şəhər Kliniki Xəstəxanasının baş həkimi Ziya Əsədov qarşıdakı bir ay müddətində nöqsanları aradan qaldırmasalar, onların tutduqları vəzifələrdən kənarlaşdırılacağı istisna olunmur. Nazirlikdən deyiblər ki, Elmi-Tədqiqat Kardiologiya İnstitutundakı nöqsanları saymaqla qurtaran deyil. Xəstələrin palatalarında hökm sürən natəmizlik, dövlət hesabına ayrılan pulsuz dərmanların burada müalicə olunanlara verilməməsi, xəstələrin qida ilə təminatının çox pis vəziyyətdə olması, qan analizi üçün də xəstələrin özəl klinikalara göndərilməsi, xəstələrə həddindən artıq dava-dərmanın yazılması bu səhiyyə ocağında aşkarlanan nöqsanlara aiddir. 5 saylı şəhər Kliniki Xəstəxanasında isə göndərişli xəstələrin qəbulu, müayinəsi və müalicəsi üçün pul tələb edilməsi, xəstələrin pulsuz dərmanlarla təmin olunmaması, palatalarda evdən gətirilən yeməklərin yeyilməsi ciddi nöqsanlar kimi qeydə alınıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA