Qadınlar üçün ?qaynar xətt? yaradılacaq

img

14-05-2009 [04:51]


?Əks səda? Beynəlxalq Jurnalist Tədqiqatları Mərkəzinin Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurasının müsabiqəsinə təqdim etdiyi layihə qəbul olunub. Bu barədə Müstəqil İnformasiya Agentliyinə sözügedən mərkəzin rəhbəri Sevinc Kərimova məlumat verib. Onun sözlərinə görə, layihə 6 ay müddətinə nəzərdə tutulub: ?Layihə ?Qadın problemlərinin həlli, real vəziyyət və çıxış yolları? haqqındadır. Layihəyə qadın problemlərinin həlli istiqamətində təcrübəsi olan QHT-lərin əməkdaşları da cəlb olunacaq. Layihə çərçivəsində bütün ölkə ərazisində qadınların məşğulluğu ilə bağlı sorğular keçiriləcək. Həmçinin, qadınların daimi problemləri ilə müraciət edə biləcəyi ?qaynar xətt? də fəaliyyət göstərəcək. Layihə qadın problemlərinin kütləvi informasiya vasitələrində işıqlandırılmasına yönəlib?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA