Dövlət qurumlarına məxsus kompüter sisteminin təhlükədən sığortalanmaması böyük problemlər yarada bilər

img

14-05-2009 [02:50]


[b]?İnformasiya təhlükəzliyi ilə bağlı mövcud normalara təəssüflər olsun ki, riayət olunmur. Bu səbəbdən də müəyyən problemlər ortaya çıxır?. [/b] Bu sözləri ?Multi Media? İnformasiya Sistemləri və İnformasiya Texnologiya Mərkəzinin rəhbəri Osman Gündüz Müstəqil İnformasiya Agentliyinə son günlər Dəmir Yol İdarəsinin və ?Azal? Hava Yollarının kompüter sistemində yananmış problemə münasibət bildirərkən deyib: ?İnformasiya sistemini yaratmaq bir məsələ, onun təhlükəsizliyini qorumaq isə başqa bir məsələdir. Bu sistemi qurarkən, öncə təhlükəsizlik sistemi ilə bağlı məsələlər ön plana çıxmalıdır. Lisenziyalı proqramlardan istifadə olunmalıdır və müəyyən standartlara cavab verməlidir. Eyni zamanda sertifikatlaşdırılmalıdır və reyestrə salınmalıdır?. O.Gündüz həm də bildirib ki, dövlətə məxsus informasiya resurslarının təhlükəsizliyi ilə Rabitə və İnformasiya Texnologiyaları və Milli Təhlükəsizlik nazirlikləri məşğul olmalıdır. Onun sözlərinə görə, ?İnformasiya təhlükəsizliyi? deyilən vasitələr əvvəlcə sınaqdan keçirilməlidir: ?Məncə, görülən tədbirlər yetərincə deyil ki, bu hadisələr dövlət qurumlarında baş verir. Bu proqramlara daxili və ya xarici şəxslər tərəfindən müdaxiləni deməyə isə çətinlik çəkirəm?. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən isə Müstəqil İnformasiya Agentliyinə bildiriblər ki, bu məsələyə görə həmin nazirlik məsuliyyət daşımır. Çünki dövlətin hər bir qurumu bu məsələdə müstəqil qərar vermək hüququna malikdir və qurduqları şəbəkəyə görə öz məsul şəxsləri olur. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi isə ölkə üzrə ümumi şəbəkəyə görə müəyyən işlər aparır. Bəzi müstəqil ekspertlər isə bildirirlər ki, belə təhlükələrin digər dövlət qurumlarına məxsus kompüter sistemində də baş verməsi mümkündür. Bu isə ölkənin maliyyə, hərbi, rabitə və s. strukturlarının fəaliyyətini müəyyən müddətə iflic edə bilər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA