?Son zəng?lə bağlı yenə müəyyən qadağalar olacaq

img

14-05-2009 [01:59]


31 may istirahət gününə təsadüf etdiyindən bu il orta məktəblərdə ?Son zəng? mayın 30-da qeyd olunacaq. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Zəminə Əliqızı məlumat verib. Onun sözlərinə görə, bu il də ötən il olduğu kimi, ?Son zəng? günü şəhərdə təhlükəsizlik tədbirləri gücləndiriləcək: ?Ötən il təhlükəsizlik nöqteyi nəzərindən müəyyən tədbirlər görüldü. Bununla əlaqədar olaraq, şəhər məktəblərinə ?Son zəng? mərasiminin gündüz məktəbdə, axşam isə kafedə və ya restoranda - valideynlərin nəzarəti altında keçirilməsinə dair tapşırıqlar verildi. Bu il də eyni qaydada tapşırıqlar veriləcək. Adətən həmin gün məzunlar daha çox Milli Parka və ya ərazidəki digər parklara üz tuturlar. Xoşagəlməz hadisələrin əksəriyyəti isə belə ərazilərdə baş verdiyindən, həmin ərazilərə nəzarət daha güclü olacaq?. Xatırladaq ki, bir neçə il bundan əvvəl keçirilən ?Son zəng? zamanı məzunların məsuliyyətsizliyi səbəbindən bəzi bədbəxt hadisələr baş vermişdi. Belə təhlükələri nəzərə alan Təhsil Nazirliyi ?Son zəng?in kesçirilməsinə müəyyən qadağalar qoymuşdu. Yəqin bu səbəbdən də Z.Əliqızı ?bayram günü yaşanan sevincin hansısa bədbəxt hadisə ilə nəticələnməsini heç kim istəməz. Ona görə də bunu məhdudiyyət kimi başa düşmək lazım deyil?, - söyləyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA