Bu gün Milli Məclisin nümayəndə heyəti Oqtay Əsədovun bazçılığı ilə Litvaya rəsmi səfər edəcək

img

14-05-2009 [10:31]


[b]Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti mayın 14-dən 16-dək Litva Respublikasında rəsmi səfərdə olacaq.[/b] Milli Məclisin mətbuat xidmətindən verilən məlumata görə, nümayəndə heyətinin tərkibinə deputatlardan Musa Quliyev, Əhməd Vəliyev, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər. Nümayəndə heyətinin üzvləri Litva Seymində ölkə parlamentinin fəaliyyəti ilə yaxından tanış olacaqlar. Milli Məclisin sədri Oqtay Əsədovun Seymin spikeri Arunas Valinskas ilə keçirəcəyi görüşdə parlamentlərarası əlaqələrin inkişaf perspektivləri, bu sahədə əməkdaşlığın daha da dərinləşməsi, qanunvericilik orqanlarında dostluq qruplarının fəaliyyəti barədə fikir mübadiləsi aparılacaq. Səfər zamanı Oqtay Əsədovun Litva Prezidenti Valdas Adamkus, Baş nazir Andrius Kubilius ilə görüşləri nəzərdə tutulub. Bu görüşlərdə tərəflər əməkdaşlığımızın bu günü və gələcək inkişaf istiqamətləri barədə fikirlərini bölüşəcəklər. Səfər müddətində nümayəndə heyətinin üzvləri ölkəmizin Litvadakı səfirliyində olacaq, Azərbaycan diasporunun fəaliyyəti ilə yaxından maraqlanacaqlar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA