Neft Akademiyasındakı hadisə ilə bağlı 500 nəfərdən artıq zəxs zahid qismində dindirilib

img

13-05-2009 [02:49]


Neft Akademiyasındakı hadisə ilə bağlı 500 nəfərdən artıq şəxs şahid qismində dindirilib. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib. "Bu cinayətlə bağlı 8 nəfərin həbs olunması barədə yayılan məlumatların heç bir hüquqi əsası yoxdur və dindirilən şəxslər sırasında Ariz Qabulov, Mədət Kazımov və başqaları da var. Lakin onların heç birinə qarşı ittiham elan edilməyib", - deyən E.Sultanov bildirib ki, sözügedən cinayət işi üzrə aparılmış istintaq-əməliyyat tədbirləri nəticəsində Gürcüstan vətəndaşları Əliyev Nadir Şirxan oğlu və Amirov Cavidan Fərman oğlu Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Prokurorluq sözçüsü 8 nəfərin həbs olunması barədə yayılan məlumatları təkzib edərək,bu informasiyaların həqiqətə uyğun olmadığını deyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA