Dövlət Sosial Müdafiə Fonduna 288 müraciət daxil olub

img

13-05-2009 [02:32]


2009-cu ilin birinci rübü ərzində Dövlət Sosial Müdafiə Fondunun mərkəzi aparatının Beynəlxalq əlaqələr sektoruna xarici ölkələrin sığorta-pensiya qurumları, əcnəbi vətəndaşlar və xaricdə yaşayan Azərbaycan Respublikası vətəndaşları tərəfindən 288 müraciət daxil olub. Onların arasında MDB-dən daxil olan müraciətlər üstünlük təşkil edib. Belə ki, qeyd olunan dövr ərzində MDB ölkələrindən 254 müraciət göndərilib. Bu müraciətlərin mövzusu vətəndaşların pensiya hüququnun təmin edilməsi ilə bağlı zəruri hesab olunan müvafiq rəsmi sənədlərin hazırlanaraq təqdim olunması, konkret hallar üçün zəruri ikitərəfli münasibətlərin tənzimlənməsindən ibarətdir. Fondun mətbuat xidmətinin rəhbəri Elman Babayev Müstəqil İnofrmasiya Agentliyinə bildirib ki, müraciətlərin sayına görə növbəti yerdə isə Türkiyə Çümhuriyyəti gəlir və qardaş ölkədən 34 müraciət daxil olub. Bu müraciətlərin mövzusu Türkiyə və Azərbaycan respublikaları arasında sosial müdafiə sahəsində ikitərəfli sazişə uyğun olaraq vətəndaşların sosial sığorta və pensiya hüquqlarının gerçəkləşdirilməsi məqsədi ilə konkret tədbirlərin görülməsi istiqamətindədir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA