Ərdoğan ilham Əliyevlə görüzdən sonra mətbuat konfransında çıxız edib

img

13-05-2009 [02:23]


[b]Türkiyənin baş naziri "İşğal aradan qalxmasa, sərhədlər açılmayacaq" deyib[/b] Bu gün Prezident İlham Əliyev və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın təkbətək görüşü olub. Görüşdə Azərbaycan ilə Türkiyə arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə hazırkı vəziyyəti və perspektivi, eləcə də regional və beynəlxalq məsələlər müzakirə edilib. Görüşdən sonra İlham Əliyevlə Ərdoğan birgə mətbuat konfransı keçiriblər. Əvvəlcə Azərbaycan prezidenti daha sonra Türkiyənin baş naziri çixiş edib. "Dost və qardaş Azərbaycanda olmağımdan məmnunam. Türkiyə və Azərbaycan arasında ikili münasibətləri müzakirə edik. Tarixdən biz bir yerdə olmuşuq və bu görüş buna kölgə salmaq isəyənlərə ən yaxşı cavab olacaq. Müzakirələrdə ən önəmli məsələ budur. Münasibətlərimizin təməlində bir millət iki dövlət məsələsi durur. Azərbaycan Qarabağ probleminə necə həssas yanaşırsa, biz də elə yanaşırıq. Bu məsələ ilə bağlı deyilən yanlış fikirləri biz qəbul etməyəcəyik. Çünki, bir səbəb nəticə məsələsi var. Qarabağın işğalı nəticəsində sərhədlər bağlanıb. İşğal ortadan qalxmayınca sərhədlər açılmayacaq. Minsk qrupu, Amerika, Fransa, Rusiya bu müzakirələri sürətləndirməli və nəticə əldə olunamalıdır. Bu məsələdə Azərbaycan prezidentinə inanıram. Bununla yanaşı biz enerji məsələsini də müzakirə etdik"- deyə Ərdoğan bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA