MQP bazqanının istefa müraciətinin müzakirəsi təxirə salınıb

img

13-05-2009 [01:47]


Milli Qurtuluş Partiyası (MQP) Siyasi Şurası(SŞ) uzun fasilədən sonra növbəti iclasını keçirib. İclasda MQP başqanı Vüqar Bəyturanın 17 aprel tarixli istefa ərizəsi, partiyanın düşdüyü böhranlı durum, gerçək müxalifət qüvvələri ilə münasibətlərə yeni yanaşma, partiya saytının fəaliyyəti barədə müzakirələr aparılıb. Müzakirə olunan məsələlər barədə məlumat verən MQP Siyasi Şurasının üzvü Yusif Əli V.Bəyturanın iclasda iştirak etmədiyi üçün istefa ərizəsinin müzakirəsinin təxirə salındığını bildirıb. MQP SŞ növbəti iclasda MQP başqanının iştirakını təmin etməklə istefa ərizəsini müzakirəyə çıxarmaq haqqında qərar qəbul edib. Qərərgahsız fəaliyyətdə ciddi problemlərin olduğunu nəzərə alan partiya rəhbərliyi mqp.azersayt.com saytına müstəqillik vermək barədə də qərar qəbul edib və saytın xidmətlərindən imtina edib. İclasın sonunda qərara alınıb ki, Siyasi Şura 2 həftədən bir toplaşsın və 15 iyun tarixinə MQP Böyük Məclisinin sessiyası çağırılsın. Bu sessiyada partiyanın gələcək siyasi kursu və fəaliyyəti müzakirə ediləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA