"Hərbi hissələrdə hərbiçlərimizin hüquqları qorunmur"

img

12-05-2009 [06:15]


[b]Komitə sədrinin sözlərinə görə, əsgərlərimiz hüquqlarının pozulması nəticəsində düşmən tərəfə keçirlər[/b] "Son vaxtlar ordumuzda hərbiçilərimizin düşmən tərəfə keçməsi halları artmaqdadır. Təəssüflər olsun ki, baş verən hadisələri ordu rəhbərliyi ictimaiyyətdən gizlədir və yanlış informasiyalar ötürür". Bu sözləri Müstəqil İnformasiya Agentliyinə açıqlamasında Silahlı Qüvvələrə Demokratik Vətəndaş Nəzarətinin Azərbaycan Komitəsinin sədri Ələkbər Məmmədov deyib. Onun sözlərinə görə, aparılan araşdırmalar nəticəsində orduda bir çox neqativ hadisələr mövcuddur: "Hamıya məlumdur ki, hərbi hissələrdə hərbiçlərimizin hüquqları qorunmur. Əsgərlərimizin hüquqlarının pozulması və onlara qarşı nizamnamədən kənar hərəkətlər nəticəsində onlar düşmən tərəfə keçirlər. Bir vaxtlar düşmən tərəfə sıravi əsgər keçirdisə, indi ordumuzun rütbəli şəxsləri də könüllü əsir düşürlər. Ordumuzun yüksək rütbəli şəxsləri özlərini təmizə çıxartmaqdan ötrü, onlara "vətən xaini" adını verdirir və həbs etdirirlər. Halbuki onlar əsgərin düşmən tərəfə hansı səbəbdən keçməsini araşdırmalıdırlar. Yalnız aparılan ciddi araşdırmalardan sonra hərbiçini cinayət məsuliyyətinə cəlb etmək olar". Ə.Məmmədovun fikrincə, orduda baş verən neqativ hallara görə ordu rəhbərliyi məsuliyyət daşıyır: "Ordu rəhbərliyi vəziyyətdən çıxmaq üçün həmişə belə bir fikr söyləyir ki, guya bu cür hadisələr bütün ölkələrin ordularında baş verir. Ancaq bu, tamamilə yalnış arqumentdir. Əgər ordumuzda bu cür hallar bir və ya iki dəfə baş versə, bunu təsadüfi hal kimi qiymətləndirə və günahı həmin şəxsin üzərinə ata bilərik. Yox, əgər bir neçə dəfə baş verirsə, artıq bu məsələdə birbaşa ordu rəhbərliyi məsuliyyət daşımalıdır".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA