Salyanda bələdiyyələr, QHT və icmaların nümayəndələri dəyirmi masa keçirib

img

12-05-2009 [05:20]


Salyanda Mədən Sənayesinin Təsirləri Üzərində Vətəndaş Nəzarətinin təkmilləşdirilməsi mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə yerli bələdiyyələrin, QHT-lərin və icmaların nümayəndələri iştirak edib. Vətəndaş Nəzarəti Şəbəkəsinin yerli koordinatoru E.Məmmədov əldə olunmuş naliyyətlər barədə məlumat verib görüləcək işlərdən və problemlərdən danışıb.Dəyirmi masa iştirakçılarının ümumi rəyi bu olub ki, əgər Vətəndaş Nəzarəti ardıcıl təşkl olunarsa müşkülə çevrilmiş ən çətin problemləri belə həll etmək mümkündür.Bunun üçün də şirkətlər və hökümət strukturları ilə vətəndaş cəmiyyəti arasında daim konstruktiv və işgüzar dialoq təmin olunmalıdır. Sonda icma üzvü, təqaüddə olan 46 ilin neftçisi Şirinbala Muradov Ölkə Başçısının onlara göstərdiyi qayğı sayəsində hələ 15 ay əvvəl neftçilərin əmək stajına görə pensiyalarının artırılmasına baxmayaraq, DSMF-dəki hansısa texniki problemlər ucbatından bu günədək bu artımı ala bilməmələrindən gileyləndi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA