Azərbaycanda orta tibb izçiləri ən az maaz alan kateqoriyaya daxildirlər

img

12-05-2009 [04:36]


Əksər peşə sahibləri üçün ümumdunya səviyyəsində qeyd edilən əlamətdar günlər mövcuddur. 1971-ci ildən başlayaraq 12 may tarixi Tibb bacılarının ümumdunya günü kimi qeyd edilir. Digər ölkələrdən fərqli olaraq Azərbaycanda orta tibb işçiləri həmin tarixi qeyd etmirlər. Bakıdakı bəzi xəstəxanlarla əlaqə saxlayaraq orta tibb işçilərinə Tibb bacılarının ümumdunya günü ilə bağlı sual ünvanlasaq da, onlar belə bir tarixidən məlumatsız olduqlarını bildiriblər. Səhiyyə Nazirliyindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, hazırda Azərbaycanda 62 minə yaxın orta tibb işçisi fəaliyyət göstərir ki, bunun da 33 mindən çoxu tibb bacısıdır. İndi ölkədə hər 10 min nəfərə 39-40 tibb bacısı düşür. Azərbaycandakı təhsil müəssisələri hər il 850-ə yaxın tibb bacısı ixtisaslı kadr buraxır. Ölkəmizdə tibb bacılarının maddi durumu yaxşı deyil, onlar aldıqları maaşla dolana bilmirlər. Tibbi bacıları respublika üzrə orta aylıq əməkhaqqından xeyli az maaş alırlar-təxminən 80 manat. Yalnız təcili yardım briqalarında işləyən tibb bacıları ayda orta hesabla 100-110 manat maaş alır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA