Poliklinikanın kollektivi uçuq-sökük binadan da çıxarıldı

img

12-05-2009 [04:32]


Heydər Əliyev prospektində, ?Şəfa? stadionu ilə üzbəüz ərazidə yerləşən Bakı Baş Səhiyyə İdarəsinə məxsus 17 saylı Tibbi Sanitar Hissəni (poliklinika) müvəqqəti yerləşdiyi yarıuçuq binadan birdəfəlik çıxarıblar. Artıq orada ?Azərenerji? ASC-nın mərkəzi aparatı üçün yeni inzibati binanın inşasına hazırlıq işləri başlanıb. Poliklinikanın həkimləri Müstəqil İnformasiya Agentliyinə bildiriblər ki, dünənədək ?Şəfa? stadionu ilə üzbəüz ərazidə yerləşən uçuq-sökük binaya sığınan səhiyyə müəssisəsinin kollektivini artıq oraya buraxmırlar. Faktı 17 saylı Tibbi Sanitar Hissənin baş hakimi Tofiq Hacıyev də təsdiqləyib. Baş həkimin sözlərinə görə, onlara hələ yer verilmədiyindən işləmirlər. Xatırladaq ki, 17 saylı Tibbi Sanitar Hissənin yerləşdiyi bina ötən il noyabrın 22-dən 23-nə keçən gecə Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin sifarişi əsasında ?Azərenerji? Səhmdar Cəmiyyəti tərəfindən yerlə-yeksan edilib. Səhiyyə Nazirliyi ümumilikdə 70 nəfərin çalışdığı tibb müəssisəsini yeni bina ilə təmin etmək üçün bir neçə dəfə Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə (DƏİEDK) müraciət etsə də, müsbət cavab ala bilməyib. Qeyd edək ki, 17 saylı poliklinikanın yerləşdiyi ərazi əhalinin sığ məskunlaşdığı yerdir. Metronun ?Ulduz? və ?Əzizbəyov? stansiyasının yaxınlığında, Böyuk Şor qəsəbəsində yaşayan on minlərlə sakin əvəllər bu tibb ocağının xidmətindən istifadə edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA