Türkiyənin baz naziri bu gün axzam Bakıya gəlir

img

12-05-2009 [12:05]


Xəbər verildiyi kimi, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan bu gün Bakıya rəsmi səfərə gələcək. Türkiyə mətbuatının yaydığı xəbərlərə görə, Ərdoğan Bakıya saat 20.00-da gələcək. Verilən məlumatda o da bildirilir ki, Türkiyə hökumətinin başçısı səfər zamanı Azərbaycan Prezidenti İlham Əliyevlə təkbətək görüşəcək. Sonra nümayəndə heyətlərinin iştirakı ilə birgə görüş də keçiriləcək. Görüşlərdən sonra Əliyev və Ərdoğan birgə mətbuat konfransı keçirəcəklər. Daha sonra isə baş nazir Milli Məclisdə çıxış edəcək. Onu da qeyd edək ki, Ərdoğan Bakıda rəsmi şam yeməyindən sonra isə Polşaya yola düşəcək. Ərdoğanı Bakı səfərində xarici işlər naziri Əhməd Davudoğlu, dövlət naziri Zəfər Çağlayan, nəqliyyat naziri Binəli Yıldırım, enerji və təbii sərvətlər naziri Taner Yıldız, mədəniyyət və turizm naziri Ərtoğrul Günay müşayiət edəcəklər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA