Azərbaycanlı Siyasi Mühacirlər 10 mayda həbs olunanların müdafiəsinə qalxıb

img

11-05-2009 [01:50]


Azərbaycanlı Siyasi Mühacirlərin Dünya İttifaqı 10 may - Bakı şəhərindəki etiraz aksiyası ilə bağlı bəyanat verib. Bəyanatda aşağıdakı fikirlər əksini tapıb: ?Bakıda Neft Akademiyasındakı qətliamla bağlı, ?Matəm elan olunsun!? ?Terrora yox!? və ?Gul bayramına yox?şüuarları ilə bir qrup tələbə və gənclərin keçirdikləri etiraz aksiyanın polis tərəfindən kobud şəkildə, zorakılıqla dağıdılmasını,onların həbs edilməsini, qətiyyətlə pisləyirik. Aksiya iştirakçılarına qarşı xususi zorakılıq tətbiq edilməsini vətəndaşların sərbəst toplaşmaq üzrə konstitusion haqlarının kobud şəkildə tapdanması kimi qiymətləndiririk. Etiraz aksiyasının dağıdılması zamanı xanımlara qarşı torədilən zorakılıqlar xüsusi narahatlıq doğurur. Törədilən bu zorakılıqlar KİV əməkdaşlarından da yan keçməmişdir, bəzi mətbuat nümayəndələri də fiziki təyziqlərə məruz qalmışdır. Hakimiyyət tərəfindən Neft Akademiyasında baş veren faciə ilə bağlı gənclərin haqlı olaraq matəm elan olunması tələbinə laqeyd münasibət göstəməsi, əksinə matəm əvəzinə milyonlarla vəsait xərcləyərək, ?gül bayramı? keçirməsi isə heç bir mənəviyyata, əxlaqa sığmır. Hakimiyyət bu addımı ilə bir daha, gələcəyimizə, Azərbaycan gəncliyinə, mütərəqqi gəncliyə necə ?qayğı? göstərdiyini bir daha bariz şəkildə orataya qoymuş oldu?. Azərbaycanlı Siyasi Muhacirlərin Dünya İttifaqı olaraq hakimiyyət orqanlarından bütün həbs edilən gənclərin derhal azad edilməsini tələb edirik. Biz ASMDİ olaraq, öz növbəmizdə bütün bu baş verən qanunsuzluqlarla bağlı məlumatları, faktlari dünya ictimaiyyətinə, beynəlxalq qrumlara, çatdırılması üçün əlimizdən gələni əsirgəməyəcəyimizi və gənclərimizə haqlı mübarizələrində daima dəstək verəcəyimizi bəyan edirik?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA