Metyu Brayza: "Prezidentlərin Sankt-Peterburq görüzü zamanı ciddi nəticəyə nail oluna bilər"

img

11-05-2009 [12:45]


"Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlarda dönüş nöqtəsi prezidentlərin Sankt-Peterburq görüşündə ola bilər". ATƏT-in Minks qrupunun Amerika Birləşmiş Ştatlarından olan həmsədri Metyu Brayza belə deyib. Onun sözlərinə görə, indi dövlət başçılarının qarşısında görüləsi çox iş var. "Amma tərəflər tədricən mövqelərini yaxınlaşdırırlar. İndi iki ölkə rəhbərliyi həlledici ana yaxındır və bir aydan sonra Sankt-Peterburqda keçiriləcək görüş zamanı ciddi nəticəyə nail oluna bilər"-deyən həmsədr həmçinin Rusiya və Amerikanın Qarabağ münaqişəsinin həllinə eyni cür yanaşdığını da qeyd edib. Onun fikrincə, problemin həllinin ATƏT-nin Minsk qrupu çərçivəsində davam etdirilməsi vacibdir. Qeyd edək ki, Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün iyunun əvvəlində Sankt-Peterburqda olacağı gözlənilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA