Gürcüstana neft aparan yük qatarında baz verən qəzanın nəticələri aradan qaldırılıb

img

11-05-2009 [12:00]


Dünən saat 17.30 radələrində Səngəçal terminalından Gürcüstanın Batumi limanına xam neft daşıyan yük qatarı Kürdəmir rayonunun Sığırlı stansiyası yaxınlığında qəzaya uğrayıb. Azərbaycan Dəmir Yolu İdarəsindən verilən məlumata görə, qəza nəticəsində qatarın 5 vaqonu relsdən çıxıb. Verilən məlumat da o da bildirilir ki, vaqonlardakı xam neft ətrafa dağılmayıb. Qəza ilə əlaqədar Bakıdan qərb istiqamətə, o cümlədən Gürcüstana və əksinə qatarların hərəkəti dayandırılıb. Verilən məlumata görə, ərazidə təmir bərpa işləri aparılır. Qeyd edək ki, baş verən qəzanın nəticələri aradan qaldırılıb. Azərbaycan Dəmir Yolu İdarəsinin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov ANS PRESS-ə bildirib ki, Kürdəmir rayonunun Sığırlı stansiyasının yaxınlığında baş vermiş qəzanın nəticələri aradan qaldırılıb və qatarların hərəkəti bu gün saat 7.30-dan etibarən bərpa olunub. Hazırda qəzanın baş vermə səbəbləri araşdırılır. N. Əzməmmədov qəzaya uğrayan vaqonların Gürcüstan Dəmir Yolu İdarəsinə məxsus olduğunu bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA