Azərbaycan prezidenti ilham Əliyev gül bayramında iztirak edib

img

10-05-2009 [03:01]


Mayın 10-da Azərbaycan Prezidenti İlham Əliyev və xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyeva, qızları Leyla və Arzu Heydər Əliyevin anadan olmasının 86-cı il dönümü münasibətilə təşkil edilmiş gül bayramında iştirak ediblər. Dövlətimizin başçısı və ailə üzvləri parkı gəzişib və uşaqlarla xatirə şəkli çəkdiriblər. Daha sonra İlham Əliyev Bakının mərkəzindəki ?Sahil? bağında aparılmış əsaslı təmir və yenidənqurma işləri ilə tanış olub. Həmçinin bu gün prezidenti İlham Əliyev və xanımı, ailə üzvləri, Fəxri xiyabanda Heydər Əliyevin məzarını ziyarət ediblər. Sonra İlham Əliyev və ailə üzvləri görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın, görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim, alim Tamerlan Əliyevin məzarlarını ziyarət etdilər və gül dəstələri qoyublar. Heydər Əliyevin məzarının ziyarət edilməsi mərasimində Baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, nazirlər, komitə və şirkət rəhbərləri, Milli Məclisin deputatları iştirak ediblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA