Xanım Xəlilova erməni vandalizmindən danızacaq

img

09-05-2009 [08:06]


Türkiyədə elmi-pedaqoji fəaliyyətlə məşğul olan Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin həmsədri Xanım Xəlilova Azərbaycan həqiqətlərini qardaş ölkə ictimaiyyətinin diqqətinə çatdırmaq üçün fəaliyyətini davam etdirir. Son illər Türkiyənin demək olar ki, bütün böyük şəhər və qəsəbələrində təşkil olunan konfranslarda çıxış edən azərbaycanlı alim Dağlıq Qarabağ münaqişəsi, ermənilərin işğal etdikləri Azərbaycan torpaqlarında törətdikləri vəhşiliklər barədə ətraflı məlumatlar verib. Sabah Xanım Xəlilova məruzəçi olaraq daha bir nüfuzlu konfransa qatılacaq. Mayın 10-da Türkiyə saatı ilə 14.00-da Gebzə Ticarət Odasında keçiriləcək tədbir ?Anadolu və Azərbaycanda erməni zülmü və Qarabağ? adlanır. Azərbaycanlı alim mövzu ilə bağlı geniş məruzə ilə çıxış edəndən sonra konfrans iştirakçılarının suallarını cavablandıracaq. Xanım Xəlilova Müstəqil İnformasiya Agentliyinə açıqlamasında yaxın günlərdə Türkiyənin böyük şəhərlərində daha bir neçə nüfuzlu tədbirə qatılacağını bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA