Səbail rayonunda Qələbə günü qeyd edilib

img

09-05-2009 [04:12]


Faşizm üzərində qələbənin 64-jü ildönümü münasibəti ilə Bayıl yaşayış sahəsindəki Qafur Məmmədov adına parkda Səbail rayon İjra Hakimiyyəti tərəfindən təşkil olunmuş və rayon rəhbərliyi, bələdiyyələri, veteranlar, rayon ijtimaiyyətinin nümayəndələri, Xəzər Dəniz Hərbi Donanmasının ?N? saylı hərbi hissəsinin şəxsi heyətinin iştirak etdiyi bayram tədbiri keçirilmişdir. Tədbirin əvvəlində iştirakçılar parkdakı abidənin önünə gül dəstələri düzmüş və vətən uğrunda həlak olanların xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər. Hərbi Dəniz Qüvvələrinin hərbi orkestrinin ifasında Azərbayjan Respublikasının Dövlət Himni səsələnib. Səbail rayon İjra Hakimiyyətinin Başçısının müavini Qəzənfər Novruzov parka toplaşan veteranları və qonaqları faşizm üzərində qələbənin 64-jü ildönümü münasibəti ilə təbrik etmiş, Azərbayjan xalqının ümummilli lideri Heydər Əliyevin ikinji dəfə hakimiyyətə qayıtdıqdan sonra atdığı ilk addımlardan birinin Qələbə bayramını yenidən xalqımıza qaytardığından, ölkə başçısı jənab İlham Əliyevin veteranlara göstərdiyi diqqət və qayğıdan söhbət açmışdır. Qeyd olunub ki, ölkə Başçısının bu il aprelin 27-də ?1941-1945-ji illər müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa jəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım göstərilməsi barədə? imzalamışdı sərənjam buna bariz sübutdur. Tədbirdə çıxış edən Səbail Bələdiyyəsinin sədri Əhməd Hüseynov, Sovet İttifaqı Qəhrəmanı Qafur Məmmədovun qardaşı qızı Tamilla Məmmədova, Səbail rayon Veteranlar Təşkilatları Şurasının sədri Ömər Ağayev, Səbail rayon Ağsaqqallar Şurasının sədri Mirhəbib Seyidov və başqaları Vətən Müharibəsi illərində Azərbayjan oğullarının döyüş meydanlarındakı qəhrəmanlıqlarından danışıblar. Rayonun 49 saylı intellekt liseyinin şagirdləri və Dövlət Muğam Teatrı kollektivinin üzvləri tədbir iştirakçıları qarşısında ədəbi-bədii kompozisiya ilə çıxış ediblər. Tədbirdə Səbail rayon İjra Hakimiyyətinin Başçısı Sahib Ələkbərov da iştirak edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA