9 may qələbə bayramı münasibətilə keçirilən mərasimə prezident də qatılıb

img

09-05-2009 [12:45]


İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin 64-cü ildönümü münasibətilə mayın 9-da ölkəmizin paytaxtında təntənəli mərasim keçirilib. Azərbaycan prezidenti İlham Əliyev də mərasimdə iştirak edib. İ.Əliyev iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun qəbirüstü abidəsinin ziyarət edərək, abidənin önünə əklil qoyub. Sonra ölkə başçısı H.Aslanovun ailə üzvləri, mərasimdə iştirak edən Böyük Vətən müharibəsi veteranları ilə görüşüb. Qeyd edək ki, dövlət və hökumət rəsmiləri, Milli Məclisin üzvləri də tədbirdə iştirak ediblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA