Bakının Nəsimi rayonunda ev çöküb, bir nəfər ölüb, iki nəfər xəsarət alıb

img

09-05-2009 [11:55]


Bakı şəhərində bədbəxt hadisə baş verub. Bu gecə saat 04.00 radələrində Bakının Nəsimi rayonu Mərdanov qardaşları dalan-2, ev 2 ünvanında yerləşən Badam Rəhimovaya məxsus həyət evinin damı çöküb. Hadisə zamanı evdə 3 nəfər olub. Nəticədə 38 yaşlı Pəri Abbasova dünyasını dəyişib, onun bacısı Təsvirə və 13 yaşlı oğlu Məhhəmməd Abbasov xəsarət alıblar. Hadisə yerinə gələn FHN əməkdaşları P.Abbasovanın meyitini dağıntının altından çıxarıblar. Hadisə zamanı evdə olan hər üç şəxs kirayənişinmiş.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA