Deputat Azay Quliyev məhkəməyə verilib

img

08-05-2009 [06:37]


Prezident yanında Qeyri - Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin üzvü Azay Quliyev növbəti dəfə problemlə üzləşib. QHT Şurasının 2009-cu il üçün elan etdiyi maliyyə müsabiqəsinin nəticələrindən narazı qalan bəzi təşkilatlar Azay Quliyevlə hüquqi müstəvidə mübarizə aparmağa qərar veriblər. Hüquq-mühafizə orqanlarındakı mənbədən Müstəqil İnformasiya Agentliyinə daxil olan məlumata görə, bu günlərdə bir neçə QHT rəhbəri Azay Quliyevin əməllərini araşdırmaq üçün Yasamal rayon Məhkəməsinə müraciət ediblər. Şikayətçilər dövlət büdcəsindən ictimai təşkilatların maliyyələşməsi üçün ayrılmış vəsaitin QHT Şurası tərəfindən qeyri-şəffaf bölündüyünü iddia edirlər. Mənbə şikayət ərizələrindən birinin artıq sözügedən məhkəmə orqanı tərəfindən icraata götürüldüyünü də bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA