Sabah Milli Təhlükəsizlik Nazirliyində monitorinq keçiriləcək

img

08-05-2009 [04:33]


[b]Elçin Behbudovun ADNA-dakı hadisəylə bağlı saxlanılan şəxslərlə də görüşü olacaq[/b] İşgəncələr Əleyhinə Komitənin sədri Elçin Behbudov 30 aprel 2009-cu ildə Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) baş vermiş qanlı olayla bağlı hüquq mühifizə orqanları tərəfindən saxlanılan şəxslərlə sabah görüşəcək. Bu barədə Müstəqil İnformasiya Agentliyinə açıqlama verən E.Behbudov hadisə ilə əlaqədar həbs olunanlardan heç birinin yaxınlarının ona müraciət etmədiklərini bildirib: ?Sabah mən öz köməkçimlə birlikdə Milli Təhlükəsizlik Nazirliyində monitorinq keçirəcəm. Monitorinq çərçivəsində yaxınları tərəfindən mənə müraciət edənlərlə görüşəcəyik. Həm də sözügedən hadisəylə bağlı saxlanılanlarla görüşməyi planlaşdırıram. Həmin şəxslərin dəqiq sayını hələ müəyyənləşdirməmişik?. Hüquq müdafiəçisi rayon polis şöbələrində də mütəmadi olaraq monitorinqlər keçirdiklərini söyləyib: ?Adətən biz monitorinqləri xəbərdarlıq etmədən keçiririk. Məqsəd oradakı vəziyyətlə ətraflı tanış olmaqdır. Buna görə də öncədən hansı rayonda monitorinq keçirəcəyimizi söyləyə bilmərəm. Bəzən hətta səhər olduğumuz rayon polis şöbəsinə axşam yenidən baş çəkirik. Dünən biz 10-a yaxın komitə üzvü ilə Gəncə şəhər Polis İdarəsində olduq. Orada polis işçilərinə insan hüquqları və azadlıqlarından, işgəncə faktlarında, polis və vətəndaş münasibətlərindən seminar keçirtdik. Qeyd edim ki, seminar çox yaxşı təşkil olunmuşdu və nəticələrindən çox razı qaldıq. Yolüstü bir neçə polis məntəqəsinə də baş çəkdik. Həmçinin Ədliyyə Nazirliyinin 2 saylı Gəncə İstintaq Təcridxanasında da olduq. Orada bizə müraciət edən bir neçə şəxsi qəbul etdik. Əsas şikayətlərsə istintaq, məhkəmə orqanlarındandır. Saxlanma qaydasından şikayətləri olmadı". Komitə sədri bu yaxınlarda sabiq səhiyyə naziri Əli İnsanov və həbsdə olan jurnalistlərdən Eynulla Fətullayev, Qənimət Zahidlə görüşdüyünü də vurğuladı: "Bir neçə gün öncə Əli İnsanovla təklikdə görüşdüm və o, saxlanma şəraitindən, səhhətindən, ona qarşı münasibətdən şikayətləndi". Sonda E.Behbudov Naxçıvan MR-dan olan məhbusların öz doğma yurdlarında cəza çəkmək istəməmələri məsələsinə də toxunaraq, bildirib ki, onların yaşadıqları ərazidə cəzalarını çəkməsi daha məqsədə uyğundur: "Əvvəla, söhbət sanatoriyadan yox, cəzaçəkmə müəssisəsindən gedir. İnsan törətdiyi cinayət əməlinə görə orada saxlanılır. Bəzilərisə heç bir günahı olmadan məhkum həyatı yaşamalı olur. Bəzi məhbusların valideynlərinin maddi durumu ağır olduğundan Bakıya gələrək, onlara baş çəkə bilmirlər. Eyni problemi digər bölgələrə də aid etmək olar. İşgəncə faktlarına gəlincə isə bu cür hallar daha çox ibtidai istintaq zamanı baş verir. Əgər məhkum daxili nizam-intizam qaydasını pozursa, bundan ötrü cərimə otaqları mövcuddur".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA