Ticarət obyektində vaxtı keçmiz məhsullar azkarlanıb

img

08-05-2009 [03:52]


Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin əməkdaşları fiziki şəxs Şəmsəddin Həsənova məxsus topdansatış ticarət obyektində apardıqları yoxlama zamanı saxta ərzaq məhsullarının satıldığını müəyyən ediblər. Bu barədə Müstəqil İnformasiya Agentliyinə komitənin mətbuat xidmətindən məlumat verilib. Məlum olub ki, ?Sladkiy Saxar? markalı şəkər tozu, ?Çernoe karta? qəhvəsi, turşuya qoyulmuş bibər, ?Robin Tea? və ?Damask? çayları, ?Nutrulak? uşaq yeməyinin tərkibi və əmtəə nişanı saxtalaşdırılıb, malların uyğunluq sertifikatı olmayıb və yararlılıq müddəti bitib. Ümumi dəyəri 236,18 manat olan adıçəkilən məhsullar müvafiq akt əsasında məhv edilib. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsinə əsasən həmin obyektin sahibinə qarşı qanunvericiliyə uyğun olaraq inzibati cərimə tətbiq olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA