QAT üzvləri və zuzalılar Şuzanın izğalının 17-ci il dönümü ilə bağlı Şəhidlər Xiyabanını ziyarət ediblər

img

08-05-2009 [01:54]


Şuşanın işğalının 17-ci ildönümü ilə bağlı bu gün Qarabağ Azadlıq Təşkilatı və Şuşa ictimaiyyətinin nümayəndələri Şəhidlər Xiyabanını ziyarət ediblər. Tədbirdə iştirak edən Şuşa şəhər İcra hakimiyyəti başçısı Bayram Səfərov Xiyabanda ?Şəhidlər Abidə? kompleksinin önünə əklil qoyub. Ziyarətdən sonra jurnalistlərə açıqlama verən B. Səfərov bildirib ki, Şuşa işğal olunanda ağır və zülmlü günlər yaşayıb: ?Biz çox çətinliklər çəkmişik. Şuşalılar həmişə olduğu kimi, bu gün də Şuşanın işğalı günü şəhidlərin xatirəsini yad edirlər?. Xatırladaq ki, 1992-ci il mayın 8-i Şuşa işğal edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA