Azay Quliyev Avropa Komissiyasının məsul nümayəndələri ilə görüzüb

img

07-05-2009 [06:28]


Avropa Komissiyasının Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində təşkil etdiyi Vətəndaş Cəmiyyəti Forumunda iştirak edən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin üzvü Azay Quliyev Praqa şəhərində bir sıra görüşlər keçirib. Bu barədə məlumat Müstəqil İnformasiya Agentliyinə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının mətbuat xidmətindən daxil olub. Məlumata görə, Avropa Komissiyasının beynəlxalq qonşuluq siyasəti üzrə komissarı Benit o Ferraro Valdnel və Avropa Komissiyasının Cənubi Qafqaz üzrə səlahiyyətli nümayəndəsi Peters Semnebi ilə görüşlərində A.Quliyev QHT-lərə Dövlət Dəstəyi Şurası ilə Avropa Komissiyası arasında əməkdaşlığın daha da genişləndirilməsi məsələlərini müzakirə edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA