Gənclər "Gül bayramı"na etiraz formalarını müzakirə edəcək

img

07-05-2009 [06:25]


Sabah saat 18.00-da Azərbaycan Demokrat Partiyasının ofisində Gənclər Forumu keçiriləcək. Təşkilatçıların Müstəqil İnformasiya Agentliyinə verdiyi məlumata görə, Forumun mövzusu 8 May - Şuşanın işğalı və 30 Aprel - ADNA-dakı qətliam olacaq. Forumda 10 May - "Gül bayramı" günü gənclərin sivil etiraz forması barədə ideya mübadiləsi, etiraz aksiyasının idarəçiliyi, aksiyaların kortəbii keçirilməməsi üşün diskussiyalar aparılacaq. Bundan əlavə, iştirakçılara polis tərəfindən gənclərə qarşı mümkün fiziki və mənəvi təzyiqlərin qarşısının alınması, təxribatlara uyulmaması və aksiya iştirakçılarının hüquqları barəsində seminar keçiriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA