Azərbaycandakı siyasi məhbusların fərqli siyahıları AŞ PA-nın məruzəçisi ilə müzakirə edilib

img

07-05-2009 [05:33]


Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yaz sessiyasında iştirak etmiş hüquq müdafiəçiləri siyasi məhbuslar üzrə Azərbaycana yeni təyin olunmuş məruzəçi Kristofer Ştrasserlə görüşüblər. Müstəqil İnformasiya Agentliyinə açıqlamasında ?Azəbaycan Demokratiya və İnsan Hüquqları? komitəsinin sədri Çingiz Qənizadə bildirib ki, görüş ilk dəfə baş tutduğundan daha çox tanışlıq xarakteri daşıyıb: ?Məlumdur ki, Ştrasser yeni təyin olunub. O, hələ Azərbaycana səfər etməyib. Görüş zamanı ona 28 nəfərlik siyasi məhbus siyahısı təqdim olundu. Həmçinin, bizdən əvvəl Leyla Yunusun təqdim etdiyi siahı ilə bizim siyahı arasındakı fərqlər də izah edildi. Təqdim etdiyimiz siyahıda adıçəkilən hər bir məhbus haqqında ona ayrıca məlumat verildi. Məruzəçi isə hazırda Azərbaycanla bağlı informasiya topladığını bildirdi. Eyni zamanda yaxın günlərdə Azərbaycana səfər etməyəcəyini və ola bilsin ki, bu səfərin payızda reallaşacağını qeyd etdi?. Ç.Qənizadə səfər zamanı Venesiya Komisiyasının rəhbəri ilə görüşdüklərini, İnsan Hüquqları Komissiyasında, İşgəncələrə Dair Komitədə də görüşlər keçirdiklərini bildirdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA