Misir Mərdanov ADNA-dakı terror hadisəsindən sonra təhlükəsizliyə daha məsuliyyətlə yanazıldığını bildirib

img

07-05-2009 [03:05]


?Azərbaycan Dövlət Neft Akademiyasında baş verən hadisəyə görə Təhsil Nazirliyi də məsuliyyət daşıyır. Amma mən şəxsən hesab edirəm ki, əvvəlcə bu məsələ araşdırılmalıdır ki, nə üçün bu hadisə ilə bağlı məhz təhsil müəssisəsi seçilib??. Bu sözləri jurnalistlərə açıqlamasında Təhsil Naziri Misir Mərdanov deyib. ADNA-dakı terror hadisəsindən danışan Misir Mərdanov qeyd edib ki, nazirlik təhsil müəssisələrinin qorunması ilə bağlı xüsusi iş aparır. Nazirin sözlərinə görə, hazırda təhsil müəssisələrində təhlükəsizlik tədbirlərinə daha məsuliyyətlə yanaşılır: ?Baş vermiş hadisədən sonra təhsil müəssisələri bu məsləyə daha məsuliyyətlə yanaşırlar. Düşünürəm ki, qısa müddətə bütün təhsil müəssisələrində dövlətin xüsusi mühafizəsi təşkil olunacaq. Bu təkcə ali məktəblərdə deyil, orta məktəb və bağçalarda da həyata keçiriləcək. Hər bir müəssisədə elə bir şərait yaradılmalıdır ki, tələbələr, şagirdlər təhlükəsizliyin təmin olunmasına tam əmin olsunlar?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA