7981 köçkün ailəsi üçün yeni qəsəbələr və çoxmərtəbəli binalar tikiləcək

img

07-05-2009 [02:41]


Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi respublika ərazisindəki fin tipli qəsəbələrdə və məktəb binalarında müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri üçün yaşayış qəsəbələrinin salınması və çoxmərtəbəli binaların tikilməsi işini sürətləndirib. Komitənin mətbuat katibi Sənən Hüseynov bildirib ki, istismar müddəti başa çatmış fin tipli qəsəbələrdə ağır şəraitdə yaşayan 6227 ailə, həmin qəsəbələrin yerləşdiyi rayon və şəhərlərin ərazisində olan məktəb binalarında məskunlaşmış 1754 ailə (cəmi 7981 ailə) yeni qəsəbələr və çoxmərtəbəli binalarda yerləşdiriləcək. Bunun üçün Mingəçevir,Yevlax şəhərlərində və Sabirabad, Ağcabədi rayonlarında hündürmərtəbəli yaşayış binaları, Ağcabədinin Taxta Körpü qəsəbəsi, Goranboy, Şəki, Saatlı, Bərdə, Füzuli, Ağdam, İmişli rayonlarında yaşayış qəsəbələrinin (elektrik enerjisi, su təchizatı, təhsil, mədəniyyət, səhiyyə və digər zəruri, sosial- texniki infrastrukturu ilə birlikdə) tikiləcək. Həmin şəhər və rayonların ərazisində fin qəsəbələri ləğv ediləcək, məktəb binaları boşaldılacaq. Fin qəsəbələri olmayan ayrı-ayrı rayon və şəhərlərdəki məktəb binalarında məskunlaşmış 1014 ailə üçün isə Bakı, Sumqayıt, Şirvan şəhərlərində və Balakən, Qəbələ rayonlarında hündürmərtəbəli yaşayış binaları, Ağdam, Ağsu, Beyləqan, Biləsuvar, Göyçay, Hacıqabul, Göygöl, İsmayıllı, Qazax, Tərtər, Ucar və Zaqatala rayonlarında yaşayış qəsəbələri, Gəncə şəhərində və Cəlilabad, Xaçmaz, Xızı, Kürdəmir, Qax, Oğuz, Salyan, Samux, Şamaxı, Masallı, Qobustan, Daşkəsən rayonlarında isə fərdi yaşayış evlərinin tikilməsi nəzərdə tutulub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA