Bakı Yanğın - Texniki Məktəbinə sənəd qəbulu bazlayıb

img

07-05-2009 [02:36]


gn=left]2010/yangin3.jpg[/libt] Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti Bakı Yanğın - Texniki Məktəbinə 2009-2010-cu tədris ili üçün müdavimlərdən sənəd qubulu başlanıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə bildirilib Ki, Bakı Yanğın - Texniki Məktəbinə 2008-2009-cu tədris ilində orta məktəbi bitirən (bitirəcək) fiziki cəhətdən sağlam, boyu ən azı 165 sm olan çağırış yaşınadək oğlanlar qəbul edilir. (16 yaşı tamam olmamış oğlanların sənədləri qəbul edilmir). Bakı Yanğın - Texniki Məktəbinə qəbul olmaq istəyən abituriyentlər Fövqəladə Hallar Nazirliyinin xüsusi həkim ekspertiza komissiyasından, nazirlik tərəfindən qəbul edilmiş qaydalara müvafiq olaraq fiziki hazırlıq və seçmə komissiyasından keçməlidirlər. Sınaq və müvafiq yoxlamalardan müvəffəqiyyətlə keçən namizədlər test imtahanlarına buraxılacaqlar. Qəbul imtahanı test üsulu ilə 1-ci ixtisas qrupuna daxil olan fənnlər üzrə keçirilir. Qəbul imtahanları və tədris yalnız Azərbaycan dilində aparılacaq. Bakı Yanğın - Texniki Məktəbinə qəbul olunmuş şəxslər pulsuz yemək, geyim və yataqxana ilə təmin ediləcəklər. Məktəbdə təhsil müddəti 2 il 10 aydır. Məzunlara ?Yanğın təhlükəsizliyi texniki? ixtisası və ?daxili xidmət leytenantı? xüsusi rütbəsi verilir. Məktəbi bitirdikdən sonra məzunlar Fövqəladə Hallar Nazirliyi sistemində müvafiq işlə təmin olunacaqlar. Sənədlərin qəbulu Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Binəqədi rayon Yanğından Mühafizə hissəsinin binasında qəbul edilir və mayın 20-də yekunlaşacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA