Azərbaycan və Ermənistan prezidentləri arasında danızıqlar gərgin keçib

img

07-05-2009 [11:28]


Əvvəlcədən planlaşdırıldığı kimi, bu gün Azərbaycan və Ermənistan prezidentləri Çexiyanın paytaxtı Praqada görüşəcəklər. Tərəflər arasındakı görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bütün məsələlər, o cümlədən də baza prinsipləri müzakirə olunacaq. Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri də iştirak edəcəklər. Məlumat üçün onu da nəzərə çatdıraq ki, Azərbaycan tərəfi bəyan edib ki, Dağlıq Qarabağın statusu yalnız məcburi köçkünlər həmin əraziyə qayıtdıqdan sonra müəyyən edilə bilər. Əks təqdirdə status məsələsindən söhbət belə gedə bilməz. 7 may görüşünə nikbin yanaşan ATƏT-in Minsk qrupunun həmsədrləri prezidentlərin bu dəfə görüşündə müsbət irəliləyişlərin olacağına inandıqlarını bildiriblər. Fransalı həmsədr Bernar Vasye İrəvanda bəyan etmişdi ki, danışıqlar ?Madrid prinsipləri? ətrafında aparılacaq və razılaşdırılmamış məsələlər müzakirə ediləcək. Artıq prezidentlərin görüşü başlayıb. ABŞ-ın Çexiyadakı səfirliyində keçirilən görüşə prezidentlər İlham Əliyev və Serj Sarkisyandan başqa Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan, ATƏT-in Minsk Qrupunun həmsədrləri Metyu Brazya, Yuri Merzlyakov və Bernar Fasie, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də qatılıb. Görüş başa çatdıqdan sonra media nümayəndələri üçün brifinq keçirilməsi gözlənilir. [b]QEYD:[/b] Azərbaycan və Ermənistan prezidentlərinin Praqa görüşü başa çatıb. Bir sıra xəbər agentlıklərinin məlumatına görə, Azərbaycan və Ermənistan prezidentləri arasında danışıqlar gərgin keçib.Ermənistan tərəfi sulh sazişinin imzalanmasını əngəlləmək üçün mövqelərini sərtləşdirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA