QAT yürüz-mitinq keçirməkdə israrlıdır

img

06-05-2009 [06:23]


Qarabağ Azadlıq Təşkilatı (QAT) Şuşanın işğalının 17-ci il dönümü ilə bağlı mayın 8-də yürüş keçirmək istəsə də, Bakı Şəhəri İcra Hakimiyyəti (BŞİH) aksiyaya icazə verməyib. QAT sədri Akif Nağı Müstəqil İnformasiya Agentliyinə deyib ki, BŞİH-in cavabı məntiqsizdir: ?Yalnız Şəhidlər Xiyabanını ziyarət etməyimizi məqsədə uyğun hesab edirlər. Fərqli cəhət ondan ibarətdir ki, Qarabağ Azadlıq Təşkilatı olaraq, yürüşlə gəlmək istəyirdik. Yürüşləri tək Bakı şəhərində deyil, bölgələrdə - Sumqayıt, Bərdə, Ağdam, Tərtər, Şəki, Gəncə, İmişli, Mingəçevirdə də təşkil etməyi planlaşdırırıq. Sumqayıt şəhərində gənc üzvilərimiz Müəllimlər İnstitutunun filialında tədbir keçirəcək. Tədbirdən sonra isə xüsusi vərəqələr hazırlanıb şəhər əhalisinə paylanacaq. Sumqayıtda yerləşən ?Nizami? parkında isə Ermənistanın bayrağı yandırılacaq. İmişli də şəhərin mərkəzindən Şəhidlər Xiyabanına qədər yürüşlər keçiriləcək. Mingəçevir, Gəncə, Bərdə də eyni qayda da yürüşlərin keçirilməsi planlaşdırılır. Planlaşdırdığımız yürüşlərə mane olmasalar,yürüş plan üzrə gedəcək, əgər mane olsalar, yalnız Şəhidlər Xiyabanını ziyarət edəcəyik?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA