Elmar Məmmədyarov ABŞ-dan çexiyaya gedib

img

06-05-2009 [04:07]


4-5 may tarixində ABŞ Dövlət Departamentinin rəsmi dəvəti ilə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-da rəsmi səfərdə olub. Səfər zamanı nazir bir neçə görüş keçirib. Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Elxan Poluxovun Müstəqil İnformasiya Agentliyinə (MİA) verdiyi məlumata görə, nazir artıq səfərini başa vurub və Praqaya uçub: "Səfərin birinci günü nazir ABŞ Dövlət Departamentində enerji məsələləri üzrə məsul şəxs Riçard Morninqstarla görüşmüş, eyni gündə nazirin Avropa məkanı üzrə ixtisaslaşmış yerli ekspertlərlə görüşü olmuşdur. Səfərin ikinci günü isə Məmmədyarov ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyms Consla görüşmüş, sonuncu görüş ABŞ Dövlət Departamentinin rəhbəri xanım Hillari Klintonla olub. Bütün görüşlər zamanı ikitərəfli münasibətlər, Ermənistan-Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsinin həlli ətrafında gedən proseslər müzakirə olunub. Həmçinin cənab R.Morninqstarla görüş zamanı Azərbaycanın həyata keçirdiyi enerji layihələri də müzakirə edilib".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA