Bakı Dəmir Yolu Vağzalının kompüter sistemindəki problem aradan qaldırılıb

img

06-05-2009 [01:56]


Dünən Bakı Dəmir Yolu Vağzalında kompüter sisteminin sıradan çıxması səbəbindən qatarlara bilet satışı dayandırılıb. Kompüter şəbəkəsinin texniki səbəbdən işləmədiyini qeyd olunsa da, sistemin nə üçün sıradan çıxması barədə ətraflı məlumat verilməyib. Dəmir Yolu İdarəsinin mətbuat katibi Müstəqil İnformasiya Agentliyinə verdiyi açıqlamada hazırda heç bir problemin olmadığını bildirib: ?Dəmir yolunun kompüter sistemində problem bir-iki saatlıq yaranmışdı. Problemin yaranmasına səbəb isə 6 aydan bir proflaktikanın keçirilməsi olub. Bu, bilet satışına heç bir problem yaratmayıb. İnsanların bilet almaq axını həmişə kimi davam etməkdədir. Sərnişinlər rahat şəkildə kassalara yaxınlaşıb bilet ala bilərlər?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA