Müxalifət hakimiyyətdən Avropa Məhkəməsinə zikayət edəcək

img

06-05-2009 [01:11]


Dünən Ali Məhkəmədə müxalifətin ?Qarabağ və Respublika Uğrunda Hərəkat? və ?Respublikaçılar? Təşviqat qruplarının martıq 18-də keçirilən referendumun nəticələri ilə bağlı kassasiya şikayətinə baxılıb. Bu dəfə də müxalifətin iddiası təmin olunmayıb. Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Həsən Kərimov Müstəqil İnformasiya Agentliyinə deyib ki, Ali Məhkəmənin belə bir qərar çıxarması gözlənilən idi: ?Burada təəccüblü bir şey yoxdur, belə də olmalıydı. İndi qərarı gözləyirik, alandan sonra hüquqşünaslarımız qərarın üzərində işləyəcəklər və Avropa İnsan Haqları Məhkəməsinə müraciət edəcəyik. Çünki Azərbaycanda məhkəmə yolu ilə haqqı, ədaləti təmin etmək olmur?. AXCP yetkilisi onu deyib ki, məsələylə bağlı hər hansı bir aksiyanın keçirilməsini düşünmürlər. Onun sözlərinə görə, bu günə kimi keçirilən etiraz aksiyaları ilə hakimiyyəti tutduğu anti-demokratik mövqeyindən çəkindirmək mümkün olmayıb. Bu səbəbdən də etiraz aksiyalarının keçirilməsinin əhəmiyyəti yoxdur. Həsən bəy aksiyaların keçirilməməsini həm də hakimiyyətin sərbəst toplaşmaq azadlığının məhdudlaşdırması ilə əlaqələndirib. Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı da MİA-ya açıqlamasında Avropa Məhkəməsinə müraciət edəcəklərini təsdiqləyib. Onun sözlərinə görə, yaxın zamanlarda referendum məsələsi ilə əlaqədar Avropa İnsan Haqları Məhkəməsinə müraciət edəcəklər. Məsələylə bağlı digər müstəvilərdə mübarizə aparıb-aparmayacaqlarına gəlincə, Arif bəy ?Hazırda bizim apardığımz mübarizə hüquqi müstəvidədir. İstisna deyil ki, aksiyalar da keçirək. Amma bu barədə hələlik konkret qərarlar yoxur?,- söyləyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA