ARDNŞ də daxil olmaqla, neft zirkətləri neftçilərin hüquqlarını pozur

img

05-05-2009 [07:41]


?Dünyada baş verən iqtisadi böhran Azərbaycandan da yan keçməyib. Bura Azərbaycan Dövlət Neft Şirkəti daxil olmaqla, xarici neft şirkətlərini də şamil etmək olar. Bu səbəbdən də ARDNŞ sektorunda minlərlə işçi ixtisara salınıb. Ötən ildən başlayan ixtisar prosesi bu il də davam edir?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının rəhbəri Mirvari Qəhrəmanlı deyib. M.Qəhrəmanlı neft hasilatının aşağı düşməsinə baxmayaraq, işçilərin sayının çox olduğunu qeyd edərək, amma ixtisarları daha da ehtiyatla aparmağın mümkün olduğunu söyləyib: ?İşdən çıxmış əvvəlki işçilərin say çoxluğu ilə əlaqədar ixtisarlar aparılmalıydı, lakin aparılmadı. Əvvəlki təqaüdçülərə məcburi ərizələr yazdırılmağa başlanıldı. İndisə başqa üsullara əl atırlar. Bu nədən ibarətdir: ARDNŞ 22 apreldə öz idarələrinə belə bir göndərdi ki, kim özü işdən çıxmaq istəyirsə, könüllü surətdə 23 apreldən, 23 maya kimi orta əmək haqqının 5 misli miqdarında kompensasiya alacaq. Ancaq bu qərar işdən əvvəl çıxanlara və sonradan çıxacaq insanlara şamil edilmir. Əmr əsasən idarə və müəssisələrdə çalışmış təqaüdçülərə aiddir. Amma bu problemi həll etməmiş, insanları güc-bəla ilə təqaüdə göndərmək lazım deyil?. Hüquq müdafiəçisi təqaüdə getmiş işçilərin yerinə gənclərin gətirilməsinin də vacib olduğunu vurğulayıb: ?Təqaüdə getmiş inqsanların təqaüdü 90-100 manat civarındadır, bu təqaüdlə ailə saxlamaq məncə, qeyri-mümkündür. 2006-cı ilin 1 yanvar tarixinə kimi təqaüdə çıxmış insanların təqaüdü çox aşağı hesablanır, bu, təxminən 75-100 manat arasındadır. Bu da insanın yaşaması üçün problem yaradır. Lakin 2006-cı ildən sonra təqaüdə çıxmış insanların təqaüdü o biri illərdə təqaüdə çıxmış insanların təqaüdündən yüksəkdir. Məncə, elə bir proqram hazırlanmalıdır ki, artıq xərclər, rəhbər vəzifələr azalsın. Neftçilərin hüquqlarının pozulması hallarına ARDNŞ də daxil olmaqla, bütün şirkətlərdə rast gəlmək olur. Bu əsasən işdən azad olunma ilə əlaqədardır. Xarici şirkətlərdə işçilər layihələr əsasında işləyir və layihə bitdikdən sonra işdən məcburi azad edilirlər. Köhnə yataqlarda yaradılmış əməliyyat şirkətləri və müştərək müəssisələrdə isə təqaüd yaşına çatmış işçilər təqaüdə göndərilir. ?Qarasu Oil?, ?Şirvan Oil?, ?Abşeron Oil?, ?Binəqədi Oil? - bu adları çəkilən neft şirkətlərində işçilərin çoxu məcburi şəkildə, müxtəlif bəhanələrlə işdən azad edilirlər. Bundan ən çox əziyyət çəkən isə təqaüdçülər olur?. Hüquq müdafiəçisi həmkarlar təşkilatlarının fəaliyyətindən də narazılığını bildirib: ?Azərbaycanda, ümumiyyətlə, həmkarlar təşkilatları yoxdur. Sadəcə olaraq, ARDNŞ-də həmkarlar ittifaqı var, o da qeyri-rəsmi sturuktur hesab olunur?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA