Restoranlarda, kafelərdə donuz ətindən istifadəyə nəzarət gücləndirilir

img

05-05-2009 [06:16]


Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına əsasən, 1 may 2009-cu il tarixində dünyanın 11 ölkəsində laborator təsdiq olunmuş A(H1N1) (?donuz qripi?) tipli qrip hadisəsi qeydə alınıb. Bunların bəziləri ölümlə nəticələnib. Sözügedən xəstəliyə qarşı Azərbaycanda da müxtəlif tədbirlər görülür. Artıq bununla bağlı bəzi iaşə müəssisələrində də reydlər keçirilir. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, ölkə ərazisindəki restoranlarda, kafelərdə donuz ətindən istifadəyə ciddi nəzarət var: "Hələki ölkəmizdə bu xəstəliklə bağlı hər hansı fakt qeydə alınmayıb. Donuz saxlanılan məntəqələrin əksəriyyəti ləğv olunub. Yerdə qalan bir neçə məntəqə isə ciddi nəzarətdədir. Xarici ölkələrdən Azərbaycan ərazisinə gələn hər bir şəxs, daxil olan bütün məhsullar ciddi şəkildə yoxlanılır. Restoranlarda, kafelərdə donuz ətindən necə istifadə olunması araşdırılır. Hər ehtimala qarşı əhaliyə ehtiyatlı olmağı tövsiyyə edir, xəstəliyin hər hansı əlamətlərini hiss etidikləri zaman ilkin tədbirlərə əl atmağı və mütləq tibb müəssisəsinə müraciət etməyi məsləhət görürük".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA