?Cin Kart? abunəçiləri kontur problemi ilə üzləzib

img

05-05-2009 [06:03]


[b]?Baksell? müştəri xidməti isə yaranmış kontur qıtlığını dəyişikliklərlə əlaqələndirir[/b] ?Baksell? abunəçiləri yeni problemlə üzləşiblər. Neçə gündür ki, ?Cin Kart? abunəçiləri balanslarını artırmaq üçün kontur tapa bilmirlər. Şəhərin müxtəlif yerlərində yerləşən telefon-kart dükanlarında da kontur kartları yoxdur. Bəzi dükanlarda isə sadəcə 6 və 10 manatlıq konturlar var. ?Baksell? müştəri xidmətlərindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, yaranmış kontur qıtlığı müvəqqətidir. Xidmətdən onu da bildiriblər ki, hazırda kontur kartlarının üz qabığında dizayn dəyişikliləri aparılır. Bu səbəbdən də müvəqqəti problem yaranıb. Ancaq yaranmış problem həftə sonuna kimi öz həllini tapacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA