9 Mayda veteranlara avtomobil verilməyəcək

img

05-05-2009 [04:06]


?9 May - faşizm üzərində qələbənin 54-cü il dönümü münasibəti ilə ölkədə bayram tədbirləri keçiriləcək. Tədbirlərin planlaşdırılması artıq yekunlaşmaq üzrədir?. Bu barədə Müstəqil İnformasiya Agentliy inə Böyük Vətən Müharibəsi Veteranları Birliyindən məlumat verilib: ?Ümumiyyətlə, tədbirin çox yüksək səviyyədə keçirilməsi nəzərdə tutulub. Tədbirdə ölkə başçısı İlham Əliyev də iştirak edəcək?. Görəsən, ölkə başçısı ilə görüş zamanı növbədə olan veteranlara avtomobil veriləcəkmi? Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi mətbuat xidmətinin rəhbəri Elnur Kələntərli Müstəqil İnformasiya Agentliyinə açıqlamasında bu dəfə veteranlara onlar üçün nəzərdə tutulmuş xüsusi avtomobillərin verilməyəcəyini bildirib: ?Veteranlara verilən mükafatlar dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına reallaşır. Bundan sonra biz avtomobil istehsal edən şirkətlərlə hansı markalı avtomobillərin alınması üçün danışıqlara başlayırıq. Hələlik isə büdcədən belə ayırma yoxdur?. E.Kələntərli onu da bildirib ki, bu dəfə ölkəyə yeni modelli avtomobillər gətiriləcək. Onun sözlərinə görə, bu məsələ yalnız ilin ortalarına qədər reallaşa bilər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA